Sülh nominasiyası üzrə Nobel mükafatı Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Mühəmmədiyə verilib.
Bashlibel.az xəbər verir ki, bu barədə Nobel Komitəsinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, Norveç Parlament Komitəsi tərəfindən təqdim olunan mükafatın qalibi bu gün açıqlanıb.
Xatırladaq ki, 2022-ci il üzrə mükafat belaruslu insan haqları müdafiəçisi Ales Bialiatskiyə və Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin rəhbərlərinə təqdim edilib.