![]()
Vaşinqton və Pekin süni intellektlə (Sİ) bağlı hadisələr barədə dərhal məlumat vermək üçün birbaşa rabitə kanalı qururlar.
Bashlibel.az-ın əldə etdiyi məlumatına görə, bunu ABŞ Maliyyə naziri Skott Bessent ABŞ-Çin Münasibətləri üzrə Milli Komitədə çıxış edərkən açıqlayıb:
“Prezident Donald Trampın göstərişi ilə Çinlə superintellekt üzrə yeni dialoq qurmaq üçün vacib işlərə başlamışıq ki, bu da bizi ortaq risklərdən qorumaq və sistemlərimiz arasında anlaşılmazlıqların qarşısını almaq üçün nəzərdə tutulub. Qabaqcıl modellərin buraxılmasından əvvəl qiymətləndirilməsi və sınaqdan keçirilməsində ən yaxşı təcrübələri bölüşməyi və insan mühakiməsinin bu texnologiyanın ön planda qalmasını təmin etməyi səbirsizliklə gözləyirik. Nəhayət, hər bir ölkənin öz superintellekt modelləri ilə bağlı ciddi hadisələr barədə digərini dərhal məlumatlandıra bilməsi üçün birbaşa kanal qururuq”.
Bessentin sözlərinə görə, süni intellekt inkişaf etdikcə, “məsuliyyətli liderliklə rəqabəti balanslaşdırmaq” yollarını tapmaq ehtiyacı artaca: “ABŞ və Çin arasındakı fərqlər barədə heç bir illüziyamız olmamalıdır. Daha əvvəl də dediyim kimi, maraqlarımız həmişə üst-üstə düşməyəcək. Eynilə, problemlərin həllinə yanaşmalarımız da həmişə oxşar olmayacaq”.
Bashlibel.az