![]()
Avropada Qərbi Nil virusunun yayılması davam edir.
Bashlibel.az Manset.az-a istinadən xəbər verir ki, Yunanıstanda bu il 396, Niderlandda 44, Xorvatiyada 15, Belçikada isə 10 yoluxma halı qeydə alınıb və ümumilikdə 9 nəfər həyatını itirib.
Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının məlumatına görə, sentyabrın 18-dən 24-dək ölkədə daha 26 yeni yoluxma aşkarlanıb. Bununla da 2026-cı ilin əvvəlindən sentyabrın 24-dək Yunanıstanda qeydə alınan yoluxma hallarının sayı 396-ya çatıb. Eyni dövrdə virusdan ölənlərin sayı 36-ya yüksəlib. Həyatını itirənlərin 61-92 yaş arasında olduğu bildirilib.
Bashlibel.az