• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Tanınmış jurnalistin oğlu: “Çalışacağam ki, atamın əmanətinə sahib çıxım…”

Avq 26, 2023

Loading

“Çalışacağam ki, onun mənə tək və ən kutsal əmanətinə, ikinci balası kimi sevdiyi Moderator.az saytına onun adına layiq şəkildə sahib çıxım”

Bu sözləri tanınmış jurnalist, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin xatirəsinə həsr edilmiş tədbirdə  oğlu Hüseyn Hüseynzadə deyib.

“Öncəliklə bu tədbirə gəldiyiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Ürəyim sözlərlə, cümlələrlə dolub daşsa da, qısa danışmağa çalışacam. Danışmaq nə qədər çətin olsa da… Ata deyəndə çoxlarının ağlına ilk olaraq ailə başçısı gəlir. Ancaq mənim üçün atam ilk öncə ən yaxın dostum idi,  sirlərimi bölüşdüyüm, bərabər arzular, planlar, xəyallar qurduğum sirdaşım idi. Mənim üçün ata sadəcə 3 hərfdən ibarət bir kəlmə deyil. 3 hərf kimi görünən, ancaq cümlələrə sığmayan  bir dünyadır. İnsan oğlu bu həyata müəyyən missiya üçün gəlir və zamanı gəldikdə o missiyanı tamamlayıb haqq dünyasına yolçu olur. Atamın missiyası da belə imiş, alın yazısı bura qədərmiş”,-deyə o bildirib.

Hüseyn Hüseynzadə deyib: “Atamın qəfil dünyasını dəyişməsi ilə dünyam başıma uçsa da, onun adını yaşatmaq, arzularını gerçəkləşdirmək, yarımçıq qalmış planlarını həyata keçirmək üçün üzərinə böyük yük düşür, bunu anlayıram. Ona görə də elə atamın arzuladığı kimi, ayaq üstdə dimdik durmaqdan, məsuliyyətli, əzmli, diraətli olmaqdan başqa seçimim yoxdur. İndi artıq missiya mənim üzərimdədir. Çalışacağam ki,  Moderator.az media sahəsindəki, sosialmedia platformasındakı öz yerini qoruyub saxlasın, hətta daha irəli getsin. Əminəm ki, sizlər – Moderator.az-ın əməkdaşları və atamın dəyərli dostları bu yolda mənə dəstək olacaqsınız. Biz birlikdə bu saytı hər zaman yaşadacağıq. Bir daha hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, Moderator.az saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə iyunun 18-də Kəlbəcərdə dünyasını dəyişib. Kəlbəcərin Başlıbel kəndində alaçıq quraraq, gecəni kənddə keçirən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmasından vəfat edib.

Allah rəhmət eləsin!.. Məkanı Cənnət olsun!..

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »