• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Tarixi aksiyanın başlamasından 1 il keçir

Dek 14, 2023

Loading

Bir qrup azərbaycanlı jurnalist və QHT nümayəndələrinin 2022-ci ilin 12 dekabrında Şuşa-Laçın yolunda başladığı aksiyadan 1 il keçir. Xankəndindən Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində Rusiya sülhməramlılarının postunun yanında oturaq aksiya keçirən ictimai fəallar Rusiya hərbi kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etiraz bildirirdilər. Aksiyanın əsas tələbi Azərbaycan nümayəndələrinin Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaq idi. Dekabrın 14-də isə Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi də etiraz aksiyasına qoşulmuşdu. Birliyin sədri Vüqar Həşimov, Nəzarət Təftiş Komissiyasının sədri Yusif Salahov, üzvlər Səbuhi Ağayev, Şəhriyar Muxtarlı aksiyaya qatılmışdılar. Birliyin üzvü Xalid Kazımov isə onlardan bir gün öncə Laçın yolundakı aksiyada iştirak edirdi. Bu gün həmin hadisənin 1-ci ildönümüdür. Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycanın haqq işi olan və əslində Xankəndi başda olmaqla o dövrdə erməni seaparatçılarının, terror qruplarının işğalı altındakı ərazilərimizi təmizləmə əməliyyatının başlanması prosesində iştirak edirdi. Bununla həm də erməni terrorunun qurbanı olmuş Başlıbel kəndini, kənd əhalisini təmsil edirdi. 12 dekabrda başlanan və 4 ay davam edən dinc aksiya Azərbaycan xalqının öz torpaqları uğrunda gecə-gündüz, qışın soyuğu demədən savaşmağa hazır olduğunu daha bir təcəssümü idi. Bu tarixi aksiya dünyaya səs salmışdı və Ermənistanı silkələmişdi. Qarabağdakı separatçı rejimin isə dayaqlarının sarsılmasını sürətləndirmişdi. Məhz bu aksiyanın nəticəsi olaraq 2023-cü ilin aprelində Azərbaycan Laçın rayonu ərazisində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurdu. Separatçıların, erməni terror dəstələrinin silahla və digər təminatlarla qidalandığı yol nəzarətə götürüldü. Nəhayət sentyabrın 19-da ordumuz hərəkətə keçdi və prosesi 23 saata başa çatdırdı-Xankəndi daxil olmaqla separatçıların əlində olan bütün ərazilərimiz azad edildi, 35 il Qarabağda qanunsuz mövcud olmuş işğlaçı terrorçu separatçı rejim çökdü. Bu gün artıq Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa olunub.
Təqdim etdiyimiz fotolar həmin şərəfli tariximizin bir parçasıdır.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »