• Şb. İyn 22nd, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

TƏCİLİ! Ermənistanla sərhəddə əməliyyat şəraiti TƏHLİL edildi

Fev 24, 2024

Loading

General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən növbəti xidməti müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib.

Bashlibel.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib.

Bundan başqa, nazir azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, eləcə də çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Bashlibel.az

Translate »