• C. İyl 19th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Terrorçu rejim Azərbaycan ordusunun gizli yolları nəzarətə aldığını TƏSDİQLƏDİ

Mar 25, 2023

Loading

Qarabağdakı separatçı rejim Azərbaycan ordusunun silah-sursat daşınan gizli yollara nəzarəti təmin etdiyini təsdiqləyib.

Separatçılar həyasızcasına Azərbaycan Silahlı Qüvvələrinin bölmələrini “martın 25-də 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri” pozmaqda (?!-red.) ittiham edəcək qədər sərsəmləyiblər. Bildirilir ki, Şuşa-Turşsu hissəsində “təmas xəttini pozaraq, ərazidə müəyyən mövqe irəliləyişini təmin ediblər”.

“Artsax Respublikasının hakimiyyəti bu sənədə uyğun olaraq onlara həvalə edilmiş missiya və funksiyaları nəzərə alaraq Üçtərəfli Bəyanatın müddəalarının növbəti dəfə kobud şəkildə pozulması barədə Rusiya sülhməramlı qüvvələrinin komandanlığını dərhal məlumatlandırıb. Hakimiyyət bu pozuntunun nəticələrinin aradan qaldırılması və yeni pozuntuların qarşısının alınması üçün sülhməramlı qüvvələrdən praktiki addımlar gözləyir” – deyə erməni separatçıları həyasızlığını davam etdirib.

Azərbaycan tərəfinin Xankəndi-Qaybalı-Turşsu dağ yolundan döyüş sursatlarının daşınması üçün istifadə edilməsi barədə bəyanatını təkzib etməyə çalışan terrorçu rejim iddia edib ki, guya bu dağ yolundan Xankəndi və Şuşa rayonunun 4 icması arasında mülki və təcili rabitənin təşkili üçün istifadə olunur, son dərəcə çətin və təhlükəli ərazidir.

“Müdafiə Ordusunun mövcudluğu və normal fəaliyyəti heç kim üçün təhlükə yaratmır, çünki o, Artsax xalqının fiziki varlığına və təhlükəsizliyinə real və bilavasitə təhlükələr, təhdidlər nəzərə alınmaqla, yalnız özünümüdafiə məqsədi daşıyır” – son çırpıntılarını yaşayan separatçılar daha sonra bildiriblər.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »