
1993-cü il martın 31-də Livan əsilli erməni terrorçu Monte Melkonyanın başçılıq etdiyi dəstə Kəlbəcərin “Tunel” adlanan ərazisində 4 avtomobili pusquya salaraq atəşə tutub. Yük maşınlarından birini yandırıb, 20 yaşlı yaralı əsgərlə 58 yaşlı Qəzənfər Qarayevi onun alovuna atıblar…
Tuneldə baş verən qırğından danışanda müxtəlif rəqəmlər səsləndirilir, ancaq dəqiq rəqəmlər belədir: hadisə yerində 64 nəfər olub – Balakəndən olan 1 hərbçi ilə #Kəlbəcər və #Laçın sakinlərindən ibarət 63 mülkü şəxs. Onlardan 23-ü uşaq, 20-si isə qadın olub… 5 nəfər qaçıb xilas ola bilib. Qalan 59 nəfər öldürülüb və ya ağır yaralanaraq girov götürülüb. Girovların 29-u müxtəlif vaxtlarda azad ediliblər, digərləri barədə bu günə qədər də dəqiq məlumat yoxdur…
Başlıbel.az