“Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
XİN başçısı Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində ölkəsinə verdiyi dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib: “Gücümüz birliyimizdədir. Türk Dövlətləri Təşkilatı hər birimizin yuxusu idi, indi reallaşdı”.
Bashlibel.az