• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Türk dövlətlərinin Ankara Bəyannaməsi

Mar 17, 2023

Loading

Martın 16-da Ankarada Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirildi. Toplantı Türk dünyasının birliyi və qarşılıqlı dəstəyin sarsılmaz nümayişinə çevrilməklə yanaşı, regionla bağlı bir sıra mühüm siyasi çağırışlarla da yadda qaldı. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub.
Ankara Bəyannaməsi 16 bənddə ibarətdir:

  1. Zəlzələlərdən sonra bərpa və yenidənqurma işlərində Türkiyə Xalqı və Hökuməti ilə həmrəylik ifadə etdilər;
  2. Üzv və Müşahidəçi Dövlətlər, eləcə də dünyanın hər yerindən digər ölkələr və beynəlxalq təşkilatlar/platformalar tərəfindən yerləşdirilmiş fövqəladə hallara cavab qrupları tərəfindən fəlakətdən sonra həyata keçirilən fədakar axtarış və xilasetmə əməliyyatlarını alqışladılar; və aramsız səyləri ilə bir çox insanın həyatını xilas edən dəstələrə minnətdarlıqlarını bildirdilər;
  3. TDT-yə Üzv və Müşahidəçi Dövlətlərin milli tibbi xilasetmə qrupları arasında əməkdaşlığı gücləndirməyə və birgə potensialın gücləndirilməsi fəaliyyətlərində iştirak etməyə hazır olduqlarını bildirdilər;
  4. Zəlzələlərdən zərər çəkmiş şəxslərə nə zaman ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını təkrarladılar;
  5. 20 mart 2023-cü ildə Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ Komissiyası və Aİ Şurasına İsveç sədrliyi tərəfindən birgə təşkil olunacaq Beynəlxalq Donorlar Konfransında iştirak etmək üçün üzvlərini təşviq etdilər;
  6. Baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəldilər və bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verdilər;
  7. Qeyd etdilər ki, fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi, təsirə məruz qalmış bölgələrin bərpası və yenidən qurulması prosesi ərzində Türkiyəyə dəstəyini davam etdirməkdə beynəlxalq ictimaiyyət üçün yaxşı istinad nöqtəsi olacaq; bu səyləri daha yaxşı bərpa etmək və enerji səmərəliliyi prinsipləri əsasında qurmaq istəyini/əzmini alqışladılar; Türk dünyasında daha dayanıqlı, davamlı və yaşıl inkişafın vacibliyini vurğuladılar və ictimai malların canlandırılmasında ağıllı şəhərlərin xüsusi rolunu tanıdılar;
  8. Müşahidəçi Dövlətlərin TDT-nin fəaliyyətlərinə aktiv cəlb olunmasını qiymətləndirdilər və ŞKTR-nin TDT-nin Fövqəladə Zirvə görüşündə iştirakını qeyd etdilər;
  9. TDT Üzv Dövlətləri arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanmasını alqışladılar;
  10. Qazaxıstan, Türkmənistan və Türkiyədə qarşıdan gələn ümumi və prezident seçkilərinin, eləcə də Özbəkistanda referendumun uğurla başa çatacağına əmin olduqlarını bir daha təsdiq etdilər;
  11. Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana Türk dünyasının birliyi və həmrəyliyinə, eləcə də təhlükəsizliyi və rifahına verdiyi güclü və davamlı töhfələrinə, Türk Dövlətləri Təşkilatının birlik ruhunun gücləndirilməsində möhkəm liderliyinə görə təşəkkürlərini bildirir və gələcək seçkilərdə uğurlar arzu edirlər;
  12. UNESCO tərəfindən “Dünya Türk Dili Günü” elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq etdilər;
  13. Bütün müsəlmanları incidən və gələcəkdə yeni irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınadılar;
  14. Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pislədilər və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış etdilər;
  15. TDT Katibliyinin fəaliyyətində əldə edilmiş mühüm nailiyyətləri təqdir etdilər və Üzvlər tərəfindən qəbul olunmuş sənədlərdə təyin və təsbit edilmiş vəzifələrinin həyata keçirilməsi üçün Katibliyin potensialını daha da gücləndirmək əzmində olduqlarını bir daha vurğuladılar;
  16. TDT Üzv dövlətlərin Xarici İşlər nazirliklərinə və digər aidiyyəti qurumlara Qazaxıstanda keçiriləcək TDT-nin qarşıdan gələn 10-cu Zirvə görüşünə hazırlıq işlərini sürətləndirmək üçün göstəriş verməyə razılaşdılar;
    TDT-nin Baş katibinə bu Bəyannamədə nəzərdə tutulan qarşılıqlı fəaliyyəti və birgə səyləri əlaqələndirmək tapşırığı verilir.
    Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »