![]()
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin nəşlərinin qalıqları dəfn olunmaq üçün Kəlbəcər rayonuna gətirilib.
Uzun illərdən sonra şəhidlərimizin nəşi doğma torpaqlarında – Kəlbəcər rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Prezidentin Kəlbəcər üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyev, digər rəsmilər, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.
Allah şəhidlərimizə rəhmət eləsin !

Bashlibel.az
Bashlibel.az