Ukrayna silahlı qüvvələri Rusiyanın Kursk vilayətində hücum əməliyyatını inkişaf etdirir.
Bashlibel.az xəbər verir ki, hərbi müxbirlər hətta 10 min nəfərlik qrupun Kursk vilayətinə daxil olduğunu bildirir.
Rusiya hakimiyyəti susur, amma televiziyada 300 diversantdan və “qan verən Kursk sakinlərinin birliyindən” danışırlar.
RF Müdafiə Nazirliyi Rusiya ərazisinin dərinliklərinə doğru irəliləməsinə yol verilmədiyini iddia edir, lakin Z-blogerlər bunun davam etdiyini yazır.
Məlumata görə, Kursk vilayətində irəliləyən Ukrayna silahlı qüvvələri qrupunun sayı durmadan artır. Dünən hökumətyönlü media 100 nəfərin olduğunu yazıb, çərşənbə axşamı hərbi müxbirlər ukraynalıların 900 nəfər olduğunu iddia ediblər. Dünən günün ikinci yarısında kremlpərəst kanallardan biri Kursk vilayətində 10 minə qədər Ukrayna əsgərinin ola biləcəyini qeyd edib.
Kremlin qara təbliğatçısı Vladimir Solovyovun yutub kanalında Ukrayna silahlı qüvvələrinin bir neçə kəndi ələ keçirməsi faktı etiraf olunub.
“Ukrayna silahlı qüvvələri bir neçə yaşayış məntəqəsində möhkəmlənib” – deyə Rusiya Müdafiə Nazirliyinin hərbi-siyasi işlər üzrə baş idarəsinin rəis müavini Apti Alaudinov orada söyləyib.
Lakin “Birinci kanal” bu gün gündüz buraxılışında Kurskda 300-ə qədər ukraynalı diversantın sərhədi keçməyə cəhd etdiyini və “sərt cavab aldığı” barədə informasiya yayıb. NTV isə qurbanlar üçün qan verən “rayon sakinlərinin birliyi” barədə süjet yayımlayıb.
Bashlibel.az