• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Xuntanın “keçmiş müdafiə naziri” Laçın yolunda SAXLANILDI

Sen 29, 2023

Loading

Qarabada ləğv edilmiş qondarma rejimin “keçmiş müdafiə naziri” Levon Mnatsakanyan Ermənistana keçmək istəyərkən saxlanılıb.

Bashlibel.az xəbər verir ki, bu barədə Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.

Onun Qarabağdan Ermənistana getmək istəyərkən “Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycan hərbçiləri tərəfindən saxlanıldığı bildirilir.

Rusiyanın dövlətə məxsus TASS informasiya agentliyinin mənbəsi də məlumatı təsdiq edib.

Levon Mnatsakanyan general-leytenant hərbi rütbəsi daşıyır. O, 2015-ci ildən 2018-ci ilin dekabr ayına kimi Qarabağ separatçılarının “müdafiə naziri” olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »