İyun aynın 24 də Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin 7 mərasimi Bərdə rayonunda keçirilmişdir. Mərasimdə Kəlbəcər rayon İcra Başçısı Azər Qocayev, YAP-nın rayon təşkilatının sədri Həbib Misirov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov, Jurnalist həmkarları, digər dövlət və ictimaiyyət nümayəndəri iştirak ediblər. Zülfüqar Hüseynzadənin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, haqqında xatirələr danışılıb.
Bashlibel.az
Zülfüqarın ölümü hamı kimi bizi də sarsıtdı. Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinə üzvlüyə yenicə daxil olmuşdu. Başlıbel haqqında özəl arzuları var idi. Zalım fələk gənc olmasına baxmayaraq onu Başlıbelimizə çox gördü. Çox heyif !!! Birliyimizin bütün üzvləri adından Allahyar müəllimə və ailəsinə, mərhumun oğlu Hüseynə , başda Gülşən bacımız olmaqla gözü yaşlı qalan bacılarına dərin hüznlə başsağlığı veririk Allah rəhmət eləsin ! Allah məkanını cənnət eləsin ! Allah sizlərə səbr versin !