1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Birinci Qarabağ müharibəsi (1988–1994) zamanı ermənilərin girov götürdüyü 224 azərbaycanlı uşaq azad edilib. 71 uşağn itkin düşdüyü rəsmən Dövlət Komissiyasında qeydə alınıb. Onlardan 29 uşağın girovluqda saxlandığı barədə məlumat daxil olub. Qalanların taleyi naməlumdur… Eyni zamanda, girovluqda olduğu güman edilən həmin 29 uşağın da aqibəti məlum deyil. Ermənistan Beynəlxalq Uşaq Hüquqları Konvensiyasını pozub və buna görə cavab verməlidir. Bashlibel.az