![]()
11 oktyabr 2025-ci il tarixində Qarabağ regionunu əhatə edən orta ümumtəhsil məktəblərinin qızlardan ibarət şahmatçıları arasında 11 Oktyabr – “Beynəlxalq Qızlar Günü” nə həsr olunmuş şahmat üzrə rapid turnir keçirilib.
Turnirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib.
Turnirin rəsmi açılışında Tərtər rayon İcra Hakimiyyətinin, Şahmat Federasiyasının, Qarabağ Regional Təhsil İdarəsinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının rəsmiləri iştirak etmişdir.
Tədbirdə çıxış edənlər idmana göstərilən dövlət qayğısından danışmış, şahmat idman növünün inkişafından söz açmışdılar.
Tədbirdə qadınlar arasında Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova da çıxış edərək öz şahmat karyerasında əldə etdiyi uğurlardan danışmış, yarış iştirakçılarına uğurlar arzulamışdır.
Tərtər rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin inzibati binasında təşkil olunmuş turnirdə 6 rayon üzrə 70 nəfər şahmatçı iştirak edib.
Bashlibel.az xəbər verir ki, Keçirilmiş rapid turnirdə Kəlbəcər rayonunun Başlıbel kənd sakini Kazımlı Nurcan Natiq qızı qalib gəlmiş və I (birinci) yerə layiq görülmüşdür. Şahmatçımıza gələcək yarışlarda da uğurlar arzu edirik.
Turnirin qalibləri Şahmat Federasiyası tərəfindən diplom və medallarla təltif edilib.

Bashlibel.az
Bashlibel.az