2026-cı ilədək azad edilən ərazilərdə 34 500 mənzil və fərdi yaşayış evi inşa ediləcək.
Bashlibel.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34 500 mənzil və fərdi yaşayış evi inşa ediləcək.
Başlıbeldə məskunlaşacağımız günü səbrsizliklə gözləyirəm. Allahdan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uğurlar arzu edirəm. Allah Dövlətimizin Bayrağını uca eləsin. Allah Azərbaycan Ordusunu var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin!