• Ça. May 21st, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

2040-cı ilədək Bakıda 400 minə yaxın yeni iş yeri açılacaq

Yan 8, 2024

Loading

Çoxsahəli iqtisadi strategiyanın tətbiqi Baş Plan çərçivəsində Bakı şəhərində 372 375 yeni iş yerinin açılmasına imkan verəcək. Uzunmüddətli perspektivdə neft və qaz sektorundan asılılığı azaldacaq innovativ və dayanıqlı iqtisadi sektorlar müəyyən edilib.

Bashlibel.azAPA-Economics”-a istinadən xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, iqtisadiyyatın şaxələndirilməsi üzrə milli proqramlara uyğun olaraq, yeni şəhər iqtisadiyyatı konsepsiyası çərçivəsində mərhələli yanaşmanın tətbiqi təklif edilir. Bakının iqtisadiyyatının əsasını təşkil etməyə davam edəcək formalaşmış sahələr konsolidasiya edilməli və modernləşdirilməlidir. Eyni zamanda, Bakının Regional Bilik Mərkəzinə çevrilməsi üçün yüksək dəyər yaradan yeni sahələr və inkişaf etməkdə olan iqtisadi sektorlar da inkişaf etdirilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »