![]()
İran İslam Respublikası Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi ABŞ-nin ölkənin enerji infrastrukturunu hədəf alacağı təqdirdə Hörmüz boğazının bağlanacağını bəyan edib.
Bashlibel.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Qərargah rəsmisi bildirib ki, ABŞ tərəfindən İranın elektrik stansiyalarına qarşı hər hansı təhdid reallaşarsa, dərhal aşağıdakı cəza tədbirləri görüləcək:
Hörmüz boğazı tamamilə bağlanacaq və dağıdılmış stansiyalar bərpa olunana qədər açılmayacaq;
İsrailin bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları sistemlərinə genişmiqyaslı zərbələr endiriləcək.
Xəbərdarlıqda qeyd olunur ki, İran tərəfi öz enerji təhlükəsizliyinə qarşı istənilən müdaxiləyə ən sərt şəkildə cavab verməyə hazırdır.
Bashlibel.az