![]()
Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü (ZOD) qızıl yatağında fəaliyyətin genişləndirilməsi çərçivəsində AzerGold QSC tərəfindən yeni vakansiyalar elan olunub.
Subyekt.az xəbər verir ki, Şirkətdən verilən məlumata görə, vakansiyalar əsasən dağ-mədən sənayesi, geologiya, mühəndislik, texniki və inzibati sahələri əhatə edir. Elan olunan vəzifələr sırasında geoloq, baş geoloq, mədən mühəndisi, geotexnik mühəndis, partlayış işləri üzrə mütəxəssis, sahə rəisi, İT mütəxəssisi və digər texniki heyət üzrə iş yerləri yer alır.
Qeyd olunur ki, vakansiyalar Kəlbəcər rayonunun Söyüdlü (ZOD) qızıl yatağında yerləşən istehsalat sahələri üzrə nəzərdə tutulub və əsasən tam iş rejimini əhatə edir. Namizədlərdən müvafiq sahə üzrə ali təhsil, peşəkar bacarıqlar və bəzi vəzifələr üzrə iş təcrübəsi tələb olunur.
Şirkət tərəfindən əməkdaşlara rəqabətli əmək haqqı, sosial təminatlar, eləcə də peşəkar inkişaf və təlim imkanları təqdim olunur.
Maraqlanan şəxslər vakansiyalar barədə daha ətraflı məlumat əldə etmək və müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərlər:
👉 https://careers.azergold.az/
Xatırladaq ki, elan olunan vakansiyalar regionda məşğulluğun artırılması və yerli kadr potensialının inkişafına yönəlib.

Bashlibel.az