![]()
Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarlardan birində güclü yanğın baş verib.
Bashlibel.az Manset.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bashlibel.az