
“1903-cü ilə aid olan xəritədə Qərbi Azərbaycanda bir dənə də olsun erməni adı tapa bilməzsiniz. Oradakı bütün adlar türk adlarıdır”.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Milli Məclisdə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deyib.
“Bu, hərbi yönümlüdür və hesab edirəm ki, çox vacib xəritədir. Qayıdışımız zamanı biz bu xəritədən mütləq istifadə etməliyik” – deyə o, qeyd edib.