• Ca. İyn 13th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

ANAMA sədri minalardan təmizlənən ərazilərin sahəsini açıqlayıb

May 25, 2023

Loading

2020-ci ilin noyabr ayından etibarən azad olunmuş torpaqlarda Azərbaycan tərəfindən aparılan genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 81 386 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda keçirilən ikinci “Minalarla mübarizə – Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrdən biridir: “Bu gizli təhlükələr təkcə insan faciələri törətmir, həm də sosial və iqtisadi inkişafa mane olur. Bu həm də regionda sülh və sabitlik üçün əsas maneədir”.

Azad olunmuş ərazilərdə minatəmizləmə işləri barədə konfrans iştirakçılarını məlumatlandıran ANAMA sədri deyib ki, minatəmizləmə əməliyyatları nəticəsində 81 386 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, ümumilikdə 88 260 mina və partlamamış hərbi sursat, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

“Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi davam edir. Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 245 nəfər yaralanıb. 1991-ci ildə Ermənistanın ərazi iddiaları nəticəsində yaranmış münaqişənin başlanmasından indiyədək mina partlayışları nəticəsində 358-i uşaq, 38-i qadın olmaqla, ümumilikdə 3381 Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »