• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Avtomobillə sərnişin və yük daşımaları sahəsində fəaliyyətə verilən icazələrin siyahısı dəyişir

İyn 16, 2023

Loading

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində fəaliyyətə verilən icazələrin siyahısı dəyişir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə bu barədə əksini tapıb. Hazırda qüvvədə olan qanuna əsasən, bu sahədə sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilən icazələr aşağıdakılardır:

  • beynəlxalq avtomobil daşımalarını həyata keçirən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən “İcazə” blankı;
  • Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara verilən xarici ölkələrin “İcazə” blankı;
  • Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün verilən “Fərqlənmə nişanı;
  • vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “Xüsusi fərqlənmə nişanı”.

Layihəyə əsasən, bu sahədə sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilən icazələr aşağıdakılar olacaq:

  • Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün Azərbaycan Respublikasının operatorlara verilə beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi;
  • ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi;
  • taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi;
  • taksi sifarişi operatoru fəaliyyətinə icazə.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »