• Be. May 20th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Azad olunmuş ərazilərdə 163888 daşınmaz əmlak…

Yan 31, 2023

Loading

İndiyə qədər azad olunmuş ərazilərdə rəqəmsal xəritələr üzərindən vektorlaşdırılması mümkün olan 163888 daşınmaz əmlak vektorlaşdırılaraq Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilib. Bashlibel.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, hazırda mərkəzi icra hakimiyyətlərinin və digər dövlət müəssisə, idarə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə dürüstləşmə işləri davam etdirilir.
Bildirilib ki, Qarabağ Rəqəmsal Geoinformasiya Sistemində tikililərin müvəqqəti reyestri modulu yaradılaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib. Hazırda həmin qurum tərəfindən tikililərin sökülmə statusu ilə bağlı məlumatlar mütəmadi olaraq yenilənir.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »