• Be. May 20th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Bakıda İranın casuslarına qarşı əməliyyat

Yan 31, 2023

Loading

Yanvarın 31-də Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Bashlibel.az-ın APA-ya istinadən məlumatına görə, DİN tərəfindən SalamNews informasiya agentliyi və “İnteraz” televiziyasında əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin adları da məlum olub. Xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər- A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H. Cabbarlı, F.S.Əbdülov və A.Ə.Cümşüdov şübhəli şəxs qismində tutulublar.
Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »