• Be. Apr 29th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Azay Quliyev: “Onlar Xankəndi-Laçın yolunda tarixi missiyalarını şərəflə yerinə yetirdilər”

Apr 28, 2023

Loading

“138 gündür Laçın-Xankəndi yolunda davam edən ekofəalların aksiyası bu gün dayandırılıb.

Ən ağır hava şərtlərinə və çətinliklərə baxmayaraq böyük fədakarlıq nümayiş etdirən, 138 gün fasiləsiz olaraq milli maraqlarımızı xüsusi vətənpərvərlik hissilə qoruyan QHT təmsilçilərinə, gənclərə və ekofəallara təşəkkür edirəm”. Bunu millət vəkili Azay Quliyev deyib: “Aksiya iştirakçıları sözün əsl mənasında tarix yazdılar, sərhədlərimizin toxunulmazlığının tam şəkildə təmin olunması prosesinin uğurla başa çatmasında öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər.

Laçında dövlət sərhəd nəzarət-buraxılış məntəqəsini quraşdırmaqla Azərbaycan dünyada yeni presedentin, onilliklər boyu pozulmaqda davam edən ərazisinin bu hissəsinin dinc yolla bütövləşdirməyin mümkünlüyünü nümayiş etdirdi.

xankəndi-yolu.jpg (67 KB)

Əminəm ki, Prezident İlham Əliyevin qətiyyət, ağıl və müdrüklük hesabına nail olduğu bu tarixi nəticənin bütün incəlikləri siyasi analitiklər və araşdırmaçılar tərəfindən hələ uzun müddət təhlil olunacaq və gələcəkdə ən yaxşı təcrübə kimi ona istinadlar ediləcəkdir”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »