• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Başlıbel qətliamı ilə bağlı BMT, ATƏT, Aİ və Avropa Şurasına hesabat göndəriləcək

İyl 11, 2023

Loading

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində yeni layihənin icrasına başlayıb. Təşkilatın sədri Xalid Kazımovun Bashlibel.az-a verdiyi məlumata görə, “Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar üçün hesabat hazırlanması” layihəsinin əsas məqsədi Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı ingilis dilində hesabat hazırlanaraq beynəlxalq təşkilatların məlumatlandırılmasıdır: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunur. Layihə çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun işğalı zamanı 1993-cü ilin 02 aprel – 18 aprel tarixlərində doğma torpaqlarını tərk etməyən Başlıbel sakinlərinə qarşı törətdiyi qətliamla bağlı faktlar, kənd sakinlərinə vurulan maddi və mənəvi zərər, Başlıbel kəndi ərazisindəki tarixi və mədəni abidələrə qarşı vandalizm hərəkətləri barədə məlumat və fotoların əks olunduğu hesabat hazırlanacaq.
Hazırlanan hesabat İngilis dilinə tərcümə ediləcək. Hesabat Bakı şəhərində keçirilən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, səfirliklərin, Azərbaycanın dövlət qurumlarının, Qeyri-Hökumət Təşkilatlarının və Başlıbeldə törədilən qətliamın canlı şahidlərinin iştirak etdiyi tədbirdə ictimaiyyətə təqdim olunacaq. Hazırlanan hesabatın elektron versiyasının Birləşmiş Millətlər Təşkilatı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, ATƏT, Avropa Birliyi, Avropa Şurası və insan hüquqları ilə məşğul olan digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur”.
Təşkilat rəhbərinin sözlərinə görə, layihənin icrası Başlıbel faciəsinin 30-cu ildönümü ərəfəsində Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilər.
Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »