• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin Ümumi yığıncağı keçirildi

Okt 10, 2022

Loading

09 oktyabr 2022-ci ildə Bakı Mühəndislik Universitetində Başlıbelin İnkişafına Dəstək Birliyinin Ümumi yığıncağı keçirilib.

Ümumi yığıncaq öz işinə başlamazdan öncə İctimi Birliyin üzvləri 2-ci Fəxri Xiyabanda Vətən müharibəsi şəhidlərinin, Başlıbel kəndindən olan Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun məzarını ziyarət ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, 10 oktyabrda şəhadətinin ikinci ili tamam olan Zaur Cəfərovun məzarına əklil qoyulub və şəhid polkovnik-leytenantın keçdiyi şərəfli ömür yolu, sücaətləri barədə danışılıb.

Ziyarət yekunlaşdıqdan sonra İctimai Birliyin Ümumi yığıncağı öz işinə başlayıb. İştirak edən Birlik üzvlərinin və qonaqların qeydiyyatı həyata keçirildikdən sonra Ümumi yığıncaqda 60 Birlik üzvündən 36 nəfərinin iştirak etdiyi məlum olub. Yetərsay alındığı üçün Ümumi yığıncaq baş tutmuş sayılıb.

Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin I Ümumi Yığıncağının Gündəliyi səsə qoyularaq qəbul olunub.
Gündəliyə Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin I Ümumi Yığıncağı katibliyinin (sədr, katib) və say komissiyasının seçilməsi, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin yaradılması və Ədliyyə Nazirliyində qeydiyyata alınması prosesi barədə məlumat verilməsi, Tirkeşəvənd-Başlıbel yolunun təmiri və Birliyin yaradılandan indiyə qədər həyata keçirdiyi işlər haqda məlumat verilməsi, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin gələcək planları haqda məlumatlandırma, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası üzvlərinin say tərkibinin müəyyənləşdirilməsi, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası üzvlüyünə namizədlərin irəli sürülməsi, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası üzvlərinin seçilməsi, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin Etik-davranış Kodeksinin müzakirəyə təqdim edilməsi və qəbul edilməsi, həmçinin Birlik adından Başlıbel əhalisinə Müraciətin qəbul olunması, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin sədrinin və müavinlərinin seçilməsi və cari məsələlər daxil edilib.
Birliyin üzvü Yusif Salahov Ümumi yığıncağın katibliyinə Vüqar HəşimovunOqtay Salahovun namizədliyini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib. Ümumi yığıncağa sədr Vüqar Həşimov, katib Oqtay Salahov seçilib.
Say komissiyasına Xalid Kazımov, Hüseyn MirzəyevYalçın Ağayevin namizədliyi irəli sürülüb. Namizədləri hər üçü səs vermə ilə say komissiyasının üzvü seçiliblər.
Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin yaradılması və Ədliyyə Nazirliyində qeydiyyata alınması prosesi barədə Vüqar Həşimov ətraflı məlumat verib. V.Həşimov torpaqlarımızın, o cümlədən Kəlbəcərin azad edilməsinə görə şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib, Ali Baş Komandan İlham Əliyevə kənd sakinləri adından təşəkkürünü bildirib.

Tirkeşəvənd-Başlıbel yolunun təmiri və Birliyin yaradılandan indiyə qədər həyata keçirdiyi işlər haqda isə Nurəddin Həşimov iştirakçılara məlumat verib.
Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin gələcək planları haqda isə Xalid Kazımov yığıncaqda iştirak edənləri məlumatlandırıb.
Başlıbelin İnkişafına Dəstək Birliyinin yeni yaradılmış bashlibel.az saytı barədə isə saytın qurucusu Yalçın Ağayev ətraflı məlumat verib.
Ümumi yığıncaq Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası üzvlərinin say tərkibinin müəyyənləşdirilməsi məsələsini müzakirəyə çıxarıb. İdarə Heyətinin 7 nəfər üzvdən, Nəzarət Təftiş Komissiyasının isə 3 nəfər üzvdən ibarət olması təklif edilib. Təklif səsə qoyularaq qəbul edilib. Sonra İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası üzvlüyünə namizədlərin irəli sürülməsi həyata keçirilib. İdarə Heyətinə Vüqar Şükür oğlu Həşimov, Nurədddin Aydın oğlu Həşimov, Oqtay Sadıq oğlu Salahov, Seymur Məhiyəddin oğlu Əsədov, Qoşqar Bahadur oğlu Babayev, İmaməddin Əli oğlu Cəfərov, Namiq Misir oğlu Balacayev, Etibar Rafiq oğlu Ağayev, Natiq Sadıq oğlu Salahov və Rövşən İsrafil oğlu Həşimovun namizədliyi irəli sürülüb. Nəzarət Təftiş Komissiyasına isə Yusif Sadıq oğlu Salahov, Səbuhi Rafiq oğlu Ağayev, Ramil Cavanşir oğlu Həsənov və Şəhriyar Nuşirəvan oğlu Muxtarovun namizədliyi irəli sürülüb.
Say komissiyası Ümumi yığıncaqda iştirak edən üzvlərin sayına uyğun seçki bülletenlərini (hər seçki üçün 36 bülleten) hazırlayıb. Sonra İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyasına gizli səsvermə həyata keçirilib. Say komissiyası verilən səsləri saydıqdan sonra səsvermənin nəticələrini say komissiyasının üzvü Yalçın Ağayev elan edib. Gizli səsvermənin nəticələrinə görə, İdarə Heyətinə seçkilərdə Vüqar Həşimov 32, Nurəddin Həşimov 28, Rövşən Həşimov 26, Etibar Ağayev 26, Qoşqar Babayev 25, Oqtay Salahov 23, Natiq Salahov 20 səslə İdarə Heyətinin üzvü seçiliblər. İdarə Heyətinə seçkilərdə 2 bülleten etibarsız hesab edilib. Nəzarət Təftiş Komissiyasına seçkilərin nəticələrinə görə isə Səbuhi Ağayev (35 səs), Yusif Salahov (26 səs), Şəhriyar Muxtarov (23 səs) səs toplayaraq Nəzarət Təftiş Komissiyasının üzvü seçiliblər.

Sonra gündəlikdəki digər məsələrə baxılıb. Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin Etik-davranış Kodeksini Etibar Ağayev səsləndirərək təqdim edib. Müzakirələr keçirilib. Nurədddin Yusifov və Natiq Salahov sənədlə bağlı fikirlərini bildiriblər, əlavə olunması üçün təkliflər irəli sürüblər. Təkliflərin Kodeksə daxil ediləcəyi bildirilib.
Sonra Ümumi Yığıncaq Birlik adından Başlıbel əhalisinə Müraciət qəbul edib. Müraciəti Oqtay Salahov təqdim eləyib.
Daha sonra Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinə Vüqar Şükür oğlu Həşimovun namizədliyi Yusif Salahov tərəfindən irəli sürülüb. Təklif açıq səsverməyə qoyulub və Vüqar Həşimov yekdilliklə Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin sədri seçilib.
İctimai Birliyin sədr müavinləri vəzifəsinə isə Vüqar Həşimov Nurəddin Aydın oğlu Həşimovun və Etibar Rafiq oğlu Ağayevin namizədliyini irəli sürüb. Açıq səsvermə ilə hər iki şəxs yekdilliklə Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini seçiliblər.
Sonda cari məsələr müzakirə edilib. Yığıncaqda iştirak edən ziyalılar və ağsaqqalar çıxış ediblər, təkliflərini irəli sürüblər. Başlıbelin nüfuzlu ziyalılarından əməkdar müəllim Hüseyn Şahbəndəyev çıxış edərək başlıbelli gəncləri Başlıbelin adətə-ənənələrini daim qoruyub saxlamağa, kəndin gələcəyi üçün daim aktiv olmağa çağırıb və təkliflərini səsləndirib. Başlıbelin tanınmış ziyalısı Arif Süleymanov isə Başlıbelin necə qurulmasının məqsədəuyğunluğu barədə, bu böyük işlərdə kənd sakinlərinin, başlıbelli mütəxəssislərin fəaliyyətini necə gördüyü haqda çıxış edib və təkliflərini verib. Başlıbelin ağsaqqalarından olan Rafiq Ağayev isə çıxış edərək kəndin ərazisinin 1939-cu ildə rəsmi xəritə çəkilərək dövlət tərəfindən müəyyən edildiyi barədə tarixi faktlardan danışıb və kənd sakinlərinin gələcəkdə bütün bu ərazilərdən istifadə etməsinin vacibliyini bildirib, bütün uğurların, istədiyimiz Başlıbelin qurulmasına nail olmağın yolunun hamının bir yerdə olmasından, dövlətimiz ətrafında sıx birləşməsindən keçdiyini deyib.
İrəli sürülən təkliflər qeydə alınıb və Ümumi yığıncaq işini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »