![]()
2025/2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında Kəlbəcər rayonunun Başlıbel kəndindən olan gənclərdən də uğurlu nəticələr göstərərək tələbə adını qazananlar olub. Onları siz də tanıyın:
| Başlıbel kəndinin tələbə adını qazanmış gəncləri (2026) | |||
| Mənbə: Bashlibel.az | “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi |
| № | Soyadı, adı və ata adı | Ali təhsil müəssisəsi | İxtisası |
| 1 | Əzizli Ramil Gündüz oğlu | Gəncə Dövlət Universiteti | Tarix müəllimliyi |
| 2 | Əzizova Səma Mayıl qızı | Moskva Dövlət Universiteti | Hüquq |
| 3 | Babayeva Nuray Elman qızı | Azərbaycan Dövlət Pedaqoji Universiteti | Filologiya (Azərbaycan dili və ədəbiyyatı) |
| 4 | Bayramlı Nuranə Aqil qızı | Azərbaycan Dövlət Aqrar Universiteti | Bitki mühafizəsi (tədris türk dilində, dövlət sifarişi, subbakalavr) |
| 5 | Həmidova Aysu Seymur qızı | Bakı Dövlət Universiteti | Filologiya (Azərbaycan dili və ədəbiyyatı) |
| 6 | Həsənli Könül Əliyar qızı | Qarabağ Universiteti | Kimya müəllimliyi |
| 7 | Həsənov Emil Eynur oğlu | Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | Maliyyə |
| 8 | Həşimova Gülnar Yelmar qızı | Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | Qida mühəndisliyi |
| 9 | Məmmədov Sənan Vüqar oğlu | Mingəçevir Dövlət Universiteti | İnformasiya texnologiyaları |
| 10 | Məmmədova Nuray Namiq qızı | Azərbaycan Dövlət Pedaqoji Universiteti | Xüsusi pedaqogika |
| 11 | Mirzəli Elnur Teymur oğlu | ADA Universiteti | İnformasiya texnologiyaları (tədris ingilis dilində) |
| 12 | Mirzəyev Ramal Anar oğlu | Azərbaycan Texniki Universiteti | Silah qayayırma mühəndisliyi (dövlət sifarişi) |
| 13 | Mirzəyeva Zibeydə Ayaz qızı | Azərbaycan Dövlət Pedaqoji Universiteti | Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi |
| 14 | Qasımov Cəsur Yasin oğlu | Bakı Mühəndislik Universiteti | İqtisadiyyat |
| 15 | Qədimli Rəşad Rauf oğlu | Naxçıvan Dövlət Universiteti | Hüquqşünaslıq |
| 16 | Qədimova Aysu Elxan qızı | Sumqayıt Dövlət Universiteti | Ekologiya |
| 17 | Salahov Sənan Hümbət oğlu | Gəncə Dövlət Universiteti | Turizm işinin təşkili |
| 18 | Salahova Aytac Elxan qızı | Bakı Mühəndislik Universiteti | Beynəlxalq münasibətlər |
| 19 | Şahbəndəli Aydan Tacəddin qızı | Bakı Dövlət Universiteti | Riyaziyyat (tədris ingilis dilində) |
| 20 | Şahbəndəyeva Gülər Elməddin qızı | Bakı Dövlət Universiteti | Psixologiya (dövlət sifarişi) |
| 21 | Şahverdiyeva Fatimə Elşən qızı | Azərbaycan Dövlət Pedaqoji Universiteti | Təhsildə sosial-psixoloji xidmət |
| 22 | Tağızadə Amin Şaiq oğlu | Azərbaycan Texniki Universiteti | Mexatronika və robototexnika mühəndisliyi |
Doğma Başlıbelin ziyalı ənənələrini davam etdirən gənclərimiz qazandıqları bu uğurla həm ailələrinin, həm də bütün kənd camaatının başını uca ediblər. Əminik ki, onlar seçdikləri ixtisaslar üzrə peşəkar mütəxəssis kimi yetişəcək, azad olunmuş torpaqlarımızın, o cümlədən Kəlbəcərin və Başlıbelin bərpasında və inkişafında öz bilik və bacarıqları ilə yaxından iştirak edəcəklər.
”Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi adından və Bashlibel.az kollektivi adından bütün gənclərimizi, onların valideynlərini və müəllimlərini təbrik edir, tələbələrimizə təhsil illərində böyük uğurlar arzulayırıq!
Bashlibel.az