Başlıbelin məşhur yaylaqları, adlı yerləri və bulaqları
Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir. Kəndin ərazisindən Başlıbel çayı keçir. Başlıbel kəndi təbiəti ilə, çoxlu sayda yaylaqları, adlı yerləri, bulaqları ilə xüsusi fəqrlənən yaşayış məskənlərimizdəndir.
Kəndin ərazisindəki məşhur yaylaqlar:
Ağcaqız, Yemişgələn, Yelli Gədik, Qara şurnoy, Gur bulaq, Əyriyurd, Dərəyurd, Ağqaya, Güllüölən, Çalaçuxur, Siçan qırılan, Böyükdüz, Aralıq, Əmrahın yurdu, Ramazan, Novruzun yurdu, Güzdəkli, Taxtayurd, Dəlik daş, Lalalıq, Şəfaətin yurdu, Hacı Abbasın yurdu, Seyid Əliabbas ağanın yurdu, Tək Arxac, Dikyurd, Qaranın yurdu, Seyid Cəfərin yurdu, Seyid Camalın yurdu, Seyid Qocanın yurdu, Seyid Əzim ağanın yurdu, Nazpəridüşən, İsrafildüşən.
Başlıbelin məşhur bulaqları:
Gur bulaq, Göy bulaq, Sarı bulaq, Soyuq bulaq, Ağa bulağı, Keçiqalan bulağı, Miralının bulağı, Təkölən bulaq, Lilpər bulağı, Şırşır bulaq, Güney bulağı, Hacı Rüstəm bulağı, Seyid Rza bulağı, Məşədi Cavadın bulağı, Məşədi Cəfər bulağı, Sənəm bulağı, Mirzələrin bulağı, Ramazan bulağı, Qara bulaq, Daş bulaq, Hacı Abbasın bulağı, Seyid Əliabbas ağanın bulağı, İzzətin bulağı, Həsənin bulağı, Sarı bulaq, Qarahüseynin bulağı, Barıtlı bulaq, Qurban ölən bulaq, Novlu bulaq, Ağcaqızda Biçənək bulağı, Göllər bulağı (kükürdlü bulaq), Çalaçuxurun bulağı, Qara şırnoy şəlaləsi, Şırran şəlaləsi. Eyni zamanda çoxlu sayda adsız bulaqlar.
Kəndin məşhur adlı yerləri:
Zəyin düzü, Şahqar, Dərin dərə, Qəbiristanlığın dalı, Sümüklü dərə, Çəpər qaya, Güzədkli, Buğa güneyi, Kalafalıq, Laləlik, Ağ qaya, Keçiqalan, Eşşəkölən dərə, Aralıq, Barmaqlar, Erkəyin təpəsi, Erkəyiqurdqıran dərə, Şor dərə, Sarımsaqlı, Arxacdərə, Gülnisəyanan, Ələmağacı, Şırran, Göyçətəpə, Gərdənin boynu, Uzun yal, Şahsevən, Atçökəyi, Donuzçüxuru, Qaraşırnoy, Qalaça, Nəbinin kahası, Göllər, Dardərə, Quruqaya, Daşbulaq, Arpalar, Cökəli, Barıtlının dərəsi, Barıtlı kaha, Portdalar, Hacı Abbas dağı, Hacı Abbasın dərəsi, Ardıclı, Şordərə, Mehdinin cili, Taxtalar, Sarıgav, Qoturlunun dərəsi, Ramazan, Yolyarı dərə, Çayqovuşan, Çuxur, Arpa çuxuru, Atyalı, Səfər biçən, Xəlil düşən, Kaha dərəsi, Keçəlyanan, Selaparan, Səmənduçan, Kahanın başı, Göyqumun dərəsi, Kollu, Təköylən, Qaraqaya, Təkəqayası, Vədə qayası, Böyük Qalaça, Kiçik Qalaça, Tilişin dərəsi, Qaraşırnoy, Qatarqaya, Həşəlgə, Cam, Qayabaşı, Cəfərin taxtası, Təvərəqaya. Sarıdaşın çuxuru. Dik güneyin Quzeyi.