
Bu gün Başlıbel kəndinin daha bir yetirməsi elmi fəaliyyətində böyük nəticəyə imza atıb. Bashlibel.az xəbər verir ki, Dəyanət Sabir oğlu Ağayev filologiya üzrə fəlsəfə doktorluğu dissertasiya işini uğurla müdafiə edib. 35 yaşlı Dəyanət Ağayev fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlib. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi elmdə qazandığı nailiyyətlərə görə Dəyanət Ağayevi təbrik edir və bundan sonrakı dövrdə elmin daha yeni zirvələrini fəth etməsini arzulayır.
Bashlibel.az
Təbrik edirəm ! Uğurları bol olsun ! Bütün başlıbellilərin fəxridir !
Allah can sağlığı versin, uşaqların bol olsun