“Space” TV-nin təşkil etdiyi “Milli səs” musiqi yarışmasında 500 iddiaçı arasından seçilərək SMS-lə səsvermə mərhələsinə yüksəlmiş gənc istedadlı müğənillərdən biri də Kəlbəcər rayonunun Başlıbel kəndindən olan Asim Abbasovdur. O, həm də yarışmada Kəlbəcəri təmsil edən yeganə iştirakçıdır. Asim bu sahədə Kəlbəcərin layiqli təmsilçisi olmağa qadirdir. Musiqi mütəxəssisləri Asim Abbasovun səs tembrinin həm xalq musiqisi, həm də milli estradamıza tamamilə uyğun gəldiyini bildirirlər. Gənc istedadlı musiqiçimizə dəstək olaq ki, “Milli səs” yarışmasının qalibi olsun. Asim Abbasov bildirib ki, ən böyük arzularından biri də doğma Kəlbəcərdə həmeyrliyləri qarşısında “Qarabağ şikəstəsi”ini oxumaq, konsert verməkdir.
Bashlibel.az
Özü üçün, Başlıbelimiz, Kəlbəcərimiz üçün və bütün Azərbaycan üçün xeyirli- uğurlu olsun!