• Ça. May 21st, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

BMT-də Azərbaycanın təşkilatçılığı ilə plenar sessiya keçiriləcək

Mar 28, 2023

Loading

BMT-də Azərbaycanın təşkilatçılığı ilə plenar sessiya keçiriləcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti BMT-nin Nyu-Yorkdakı Baş qərargahında baş tutacaq İqtisadi və Sosial Şuranın (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 22-ci sessiyasında iştirak edəcək.

Sessiya çərçivəsində Ü.Mehdiyevin “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və davamlı inkişaf üçün BMT-nin səmərəli idarəçilik prinsiplərinin tətbiqi” mövzusunda çıxışı nəzərdə tutulub.

Bununla yanaşı, tədbir çərçivəsində Dövlət Agentliyi və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə “İnsan yönümlü dizayn və birgə idarəetmə vasitəsilə dövlət xidmətlərinin göstərilməsinin transformasiyası” mövzusunda plenar sessiyası keçiriləcək. Ölkəmizin ev sahibliyi edəcəyi plenar sessiyada Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”, eləcə də “ASAN xidmət indeksi” və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə üzv ölkələrin təmsilçilərinə məlumat veriləcək, beynəlxalq ekspertlərin iştirakı ilə mövzu ətrafında müzakirələr aparılacaq.

Səfər çərçivəsində Ü.Mehdiyevin BMT rəsmiləri və üzv dövlətlərin təmsilçiləri ilə ikitərəfli görüşləri baş tutacaq.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »