• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Bu cərimələr silinə bilər

May 17, 2023

Loading

Azərbaycanda xüsusi karantin rejimi zamanı qaydalara əməl etməyən vətəndaşlar aidiyyəti qurumlar tərəfindən cərimələnib.
Bashlibel.az BAKU.WS-a istinadən xəbər verir ki, ölkədə karantin qadağaları ləğv edilsə də pandemiya zamanı tətbiq edilən cərimələlər hələ də aktualdır.
Bəzi vətəndaşlar pandemiya dövründəki cərimələrini ödəmədiyi üçün onların dövlət tərəfindən silinməsinə ümid edir. Bu cərimələrin dövlət tərəfindən silinməsi nə qədər realdır? Belə bir hal baş verə bilərmi?
Bu suallara cavab tapmaq üçün Mili Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğluna müraciət etdik. Millət vəkili BAKU.WS-ə bildirib ki, pandemiya ümumi bir bəla idi və ondan qorunmağın müxtəif inzibati vasitələri var idi: “Ölkəmiz 3 ilə yaxın davam edən koronavirus pandemiyası zamanı bunu tətbiq etdi və yaxşı nəticələr əldə etdi. Vətəndaşlarımızın səhhəti qorundu, pandemiya zamanı digər ölkələrlə müqayisədə ölüm halları az oldu.
Həmin dövrdə zəruri olan və tətbiq edilən pul cərimələri vətəndaşı cəzalandırmağa deyil, səhhətinin qayğısına qalmağa, xəstəliyin yayılmasının qarşısını almağa hesablanmışdı. Fikrimcə, indiki dövrdə bu vaxta qədər ödənilməmiş cərimələrin silinməsi mümkündür. Əslində ortada elə də böyük məbləğ olmayacaq. Şübhəsiz ki, dövlətimizin məqsədi vətəndaşa cərimə tətbiq etmək deyil, onun səhhətini qorumaq idi. Buna görə, həmin cərimələrin silinməsi mümkündür”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »