• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Lavrovdan sensasiyalı açıqlama

May 17, 2023

Loading

“ABŞ Ermənistana Rusiya bazasından və sərhədçilərindən imtina etməyi tövsiyə edir, bunun müqabilində təhlükəsizliyi təmin edəcəyinə vəd verir”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində deyib.
“Bizdə olan məlumata görə, ABŞ və müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhədçiləri də, hərbi bazanı da çıxarın, amerikalılar təhlükəsizliyi təmin etməkdə sizə kömək edəcək. Bu, açıq-aşkar təxribatdır. Bu, diplomatiya deyil. Bu, rüşvətlə ələ almadır”.

Lavrov ABŞ-ın tez-tez müttəfiqlərini tərk etdiyini diqqətə çatdırıb.

“Biz Qərbin keçmişdə dəstək olduğu şəxslərlə sonralar necə davrandığını görürük. Onlar “Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa vermiş, qaçmamış Misir Prezidenti Hüsnü Mübarəki yarı yolda tərk etdilər… ABŞ 20 illik işğalı zamanı güvəndikləri Əfqanıstan hökumətini də tərk etdi”, – Lavrov xatırladıb.
Qeyd edək ki, Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır.
Bundan başqa, Rusiya FTX Ermənistan ərazisində də xidmət həyata keçirir. Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »