Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə bu gün Bərdədə yaşayan bir çox Başlıbel sakinləri Kəlbəcərin işğaldan azad edilməsinin ikici ildönümünü qeyd etmək üçün Bərdə şəhərində olan şəhidlər xiyabanını ziyarət etdilər. İstər birinci, istərsə də ikinci Qarabağ Müharibəsi şəhidlərinin məzarına qərənfillər qoyuldu və ruhlarına dualar oxundu. Uzun müddət orduda xidmət edərək çətin döyüş yolları keçmiş Natiq Salahov şəhidlərin xatriəsinin həmişə uca tutulmasının vacibliyini diqqətə çatdırdı. Digər çıxış edən sakinlər isə bu sevincli günləri bizə bəxş etdiyi üçün başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan Ordusunun döyüşçülərinə və qazilərə can sağlığı, şəhidlərə isə Allahdan rəhmət dilədilər.
Yalçın Ağayev