Əliyev Habil Xəlil oğlu. 1973-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarında xidmət edib. Sonradan isə doğma rayonunun müdafiəsinə qoşulub. Kəlbəcər rayonu işğal olunduqdan sonra da xidmətini davam etdirib. Laçın və Kəlbəcər rayonunun müdafiəsində fəal iştirak edib. 1994-cü ilin qışında Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Murov dağının sərt iqlim şəraitinə baxmayaraq, Azərbaycan əsgərləri Kəlbəcərin bir neçə kəndini işğaldan azad edə biliblər. Amma uğurlu başlayan bu döyüş əməliyyatı Azərbaycan əsgərlərinin mühasirəyə düşməsi ilə nəticələnib. Bu əməliyyatın uğursuz sonluğu onlarla Azərbaycan əsgərini həyatdan məhrum edib. Həmin əməliyyat zamanı şəhid olan Habil Əliyev Bərdə rayonu Xan Ərəb kəndində dəfn olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bashlibel.az
Allahdan Habilə və bütün şəhidlırimizə rəhmət diləyirəm. Ruhları şad olsun.