• Ça. Apr 30th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Deputat Xankəndidə yeni teleməkan yaradılmasını təklif edib

Noy 3, 2023

Loading

Yaxın gələcəkdə Xankəndidə tək hüquq sahəsi üzrə deyil, eləcə də tarix üzrə ixtisasların tədrisi edilə biləcək ali təhsil müəssisələrinin olması yaxşı olardı.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, Xocalı Azərbaycan mədəniyyətinin ən dərin qatıdır: “Orada çoxsaylı arxeoloji işlər aparılmalıdır. Qarabağ ərazisində elə kurqanlar var ki, onlar öyrənilməli və tədqiq edilməlidir. Bunun üçün də yaxşı tarixçilər yetişdirilməlidir. Bütün bunlar üçün gələcəkdə dövlət büdcəsindən lazımi vəsait ayrılsa, yaxşı olar”.

Deputat qeyd edib ki, Azərbaycan xalqının informasiya təhlükəsizliyi ilə bağlı səsimizin ucaldılması üçün Şuşa və ya Xankəndidə yeni teleməkan, yaxud informasiya istehsalı məkanı yaratsaq və bunu büdcədə nəzərə alsaq, yaxşı olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »