• Ça. May 21st, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Əhaliyə BƏD XƏBƏR: Nəqliyyat qiymətləri bahalaşacaq, metro da…

Fev 17, 2024

Loading

Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrinin bir çoxunda ictimai nəqliyyat vasitələrində gediş haqqı məbləğlərinin artacağı ilə bağlı müzakirələr və xəbərlər dolaşır. Bir çoxları bunu aidiyyəti dövlət qurumlarının mütəmadi olaraq nəqliyyat xərclərinin baha olması və qiymət tarifinin olduqca aşağı olduğunu bildirməsi ilə əlaqələndirir.

Xüsusilə metro qiymətlərində 40-50 faizə qədər bahalaşmanın olması ilə bağlı müxtəlif proqnozlar var.

Bəs görəsən yaxın gələcəkdə ictimai nəqliyyat vasitələrində, o cümlədən metro və marşrutlarda qiymət artımı gözləniləndirmi?

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu proqnozun reallaşması ehtimalı yüksəkdir:

“Düşünürəm ki, nəqliyyat sahəsində bir müddət sonra qiymətlərdə yeni dəyişikliklər gözlənilə bilər. Bu, həm metro, həm də yerüstü nəqliyyatda gözlənilir. Çünki nəqliyyat sahəsində hələ də, rəsmilərin dediyi məlumata görə, böyük həcmdə dotasiyalar alınır. Bu, daim vurğulanırsa, deməli, bununla bağlı hansısa başqa qərarların ehtimalı da artır”.

Ekspert qeyd edib ki, il ərzində baş tutması gözlənilən seçkilərdən dərhal sonra nəqliyyat qiymətlərinin bahalaşması gözlənilir:

“Ola bilsin ki, bu artım yaxın vaxtlarda olmasın. Çünki qarşıda bizi parlament və bələdiyyə seçkiləri gözləyir. Yeni hökumət belə bir qərarın əhali arasında etiraz doğuracağını bildiyi üçün yaxın vaxtlarda bu addımı atmayacaq. Ancaq seçki dönəmindən sonra qiymət artımının mümkün olduğu ilk sahələrdən biri nəqliyyat sahəsi olacaq. Bu baxımdan ictimai nəqliyyat vasitələrinin qiymətləri ilə bağlı proqnoz nikbin deyil”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »