• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Ermənistanın Zəngəzur yolu layihəsi açıqlandı

Okt 27, 2023

Loading

Emənistan Zəngəzur dəhlizinə qarşı irəli sürdüyü “sülhün kəsişməsi” layihəsini təqdim edib.
Layihə bir neçə prinsipi özündə birləşdirir:

  1. Bütün infrastruktur – avtomobil, dəmir və hava yolları, boru kəmərlər, kabellər və elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərir;
  2. Hər bir ölkə öz ərazisində yerləşən dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarəti tətbiq edir, o cümlədən, nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin edir;
  3. Bütün infrastuktur həm beynəlxalq, həm də ölkə daxili daşımalarda istifadə oluna bilər;
  4. Ölkələr qarşılıqlı və bərabərlik prinsipi ilə bütün infrastukturlardan istifadə edir;
  5. Bu prinsiplərə uyğun olaraq, sərhəd və gömrük nəzarəti qarşılıqlı razılaşma ilə asanlaşdırıla bilər;
    Ermənistan hökuməti layihə çərçivəsində atacağı addımları da açıqlayıb:
  • Yol infrastrukturu üçün Ermənistan-Azərbaycan sərhədində və Ermənistan-Türkiyə sərhədində 7 buraxılış məntəqəsi yerləşdirir;
  • Ermənistan ərazisində 4 dəmir yolununu bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin edir: Narnadzor-Ağarak (43 km), Hrazdan (Axta rayonu) xəttinin köhnəlmiş hissələri (80 km), Arazdəyəndən Naxçıvan sərhədinə (1 km), Gümrüdən Türkiyə sərhədinə qədər olan dəmir yolunun dağılmış hissələri (6 km);
  1. Ermənistan-Azərbaycan, biri Ermənistan-Türkiyə sərhədində olmaqla beş dəmir yolu buraxılış məntəqəsi yaradır;
    Siyasi ekspertlər hesab edir ki, Layihə kommunkasiyanın açılmasında “dəhliz” məntiqinə qarşıdır, hərçənd, Bakı iki məsələyə görə bu prinsiplərə isti münasibət sərgiləyə bilər:
    Birincisi, Qərbin dəhliz məsələsi üzərindən Bakıya təzyiqini arxa plana keçirir;
    İkincisi, yaxın dövrdə sülh sazişinin imzalanmasına və regional sabitliyin əldə edilməsinə nail olur: bölgədə sülh zaman baxımından Orta Dəhlizin perspektivinin arxa plana keçməməsi üçün də lazımdır;
    Lakin bu prinsiplər Rusiyanın “dəhliz” üzərindən həm Ermənistanda, həm bölgədə təsir imkanlarını genişləndirmək, həm də Avrasiyanın nəqliyyat şəbəkəsinin bu ərazidən keçən hissəsində paya sahib olmaq planına ziddir. Bu halda Paşinyanın təklif etdiyi prinsiplər artıq İrəvan və Moskvanın mübahisəsinə çevrilir. Bakı İrəvanı razı salmağı Rusiyanın üzərinə qoya, hər iki varianta – dəhliz və yol məntiqinə hazır olduğunu bəyan etməklə “dəhliz qarşıdurmasını” Moskva-İrəvan xəttində daşıya və sonda qalibi olan tərəflə işləyə bilər.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »