• Bz. Apr 28th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Hikmət Hacıyev: Bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəmirik

Mar 14, 2024

Loading

1990-cı illərdən Cənubi Qafqaz regionu parçalanmış vəziyyətdə idi, postsovet məkanında daha bir neçə münaqişənin alovlanmasının şahidi olmuşduq.

Bashlibel.az APA-nın xəbərinə görə, bunu bu gün XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, Azərbaycan işğal altındakı ərazilərini azad edib, Cənubi Qafqazda stabilliyi bərpa edib: “Artıq hamı Ermənistanla münasibətlərin istiləşməsinin şahididir. Biz bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəmirik. Hər kəs Azərbaycanla Ermənistanı sülh müqaviləsi imzalamağa çağırır. Biz də sülh və daha çox əməkdaşlığı təşviş etməyə çalışırıq. Biz də istəyərdik ki, Cənubi Qafqazdakı təcrübə digər bölgələrə yayılsın”.

Translate »