• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

İtgin düşmüş hərbçimiz tapıldı

Apr 13, 2023

Loading

Bu gün Ermənistanda Azərbaycan ordusunun itkin düşmüş ikinci hərbçisi tapılıb. Bashlibel.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb. Bildirilib ki, Ermənistan ərazisində itkin düşmüş ikinci azərbaycanlı əsgər 13 apreldə tapılaraq saxlanılıb.
Qeyd edək ki, Nikol Paşinyan dünən itkin düşmüş Azərbaycan hərbçisini sərhəd kəndlərindən birində olduğunu demişdi.
Xatırladaq ki, bundan öncə Azərbaycan Müdafiə Nazirliyi iki əsgərimizin Naxçıvanda, Şahbuz istiqamətində duman səbəbindən azdığı haqda məlumat yaymışdı. Bu məlumatdan az sonra Ermənistan MN Zəngəzur (Sünik) mahalının Bnunis kəndində bir azərbaycanlı əsgərin saxlanıldığını, digərinin isə qaçdığını bildirmişdi.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »