• C. İyl 19th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Kəlbəcər rayon İcra Hakimiyyətində Başlıbel ziyalıları ilə görüş

Yan 12, 2023

Loading

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov və YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Başlıbel sakinləri ilə görüş keçirib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Başlıbel kəndinin ağsaqqalları, Başlıbel kənd sakinləri, “Başlıbelin İnkisafına Dəstək” İctimai Birliyinin rəhbərliyi Kəlbəcər RİH-nin əməkdaşları iştirak edib.

Görüşdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən natiqlər, kənd sakinləri görüşün əhəmiyyətindən söz açaraq, Başlıbellilərin sağalmaz yarası olan Başlıbel faciəsindən söz açaraq bu faciənin insanlığa və bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu bildirmişdirlər. Eyni zamanda qeyd olunmuşdur ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və dəmir yumruğu hesabına, rəşadətli ordumuzun qəhrəmanlığı ilə silahlı qüvvələrimiz 44 günlük şanlı Zəfər tarixi yazmış və düşmən tapdağında olan torpaqlarımız azad edilmişdir. Vətən müharibəsindən sonra Erməni vandalizmindən dağlara, kahalara sığınaraq oradaca şəhid olan Başlıbel sakinlərinin nəşləri müəyyən edilərək oradaca dəfn edilmişdir. Bu gün Başlıbellilər öz doğma kəndlərinə gedərək, orada şəhid olan əzizlərini ziyarət edirlər. Eyni zamanda Başlıbel sakinləri hər zaman olduğu kimi Kəlbəcərimizin, Qarabağımızın yenidən qurulması işlərində Müzəffər Ali Baş Komandanın sadiq əsgərləri kimi öz əllərindən gələni etməyə hazırdırlar.

Başlıbel ziyalıları, ağsaqqalar və sakinləri onlara göstərilən diqqət və qayğıya, həmçinin bu faciəyə dövlət səviyyəsində verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Görüşdə kənd sakinlərinin rayonumuzun, Başlıbelin gələcək inkişafı ilə bağlı təklifləri dinlənilib, onların səsləndirdiyi təkliflərin aidiyyatı qurumlar qarşısında qaldırılacağı bildirilib.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »