Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polkovnik Haxverdi Əkbərov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Baş konsulluğun qarşısında yaradılan guşəni ziyarət edib, rayon rəhbəri guşə qarşısına əklil qoyaraq, həlak olanların ruhuna ehtiramını bildirib, dualar oxuyublar.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb,Rayon rəhbəri Azər Qocayev Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb. Azər Qocayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş ölkənin zəlzələdən zərər görmüş bölgələrinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Xalqımızda qardaşlarına maddi və mənəvi dəstək olmaq üçün əllərindən gələni etdiyini bildirən RİH başçısı Azər Qocayev qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün zamanların sınaqlarından üzüağ çıxmağı bacarmış, yaxşı və pis günündə bir-birlərinin yanında olduğunu dünyaya isbat etmişdir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,6 və 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə minlərlə sakin həlak olub. Ölkədə həlak olanların xatirəsini anmaq üçün 7 günlük matəm elan edilib.
Bashlibel.az