![]()
Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin düşmənə ağ bayraq qaldırtdıraraq qondarama dövlət qurumlarının ləğvinə, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edən “Böyük qayıdış” dövlət proqramından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışdır.
Qəbulda iştirak edən həmkəndlimiz Oqtay Salahov Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısına aşağıdakı məsələlərin yaxın zamanlarda həll edilməsi üçün öz səlahiyyətlərindən maksimum dərəcədə istifadə etməyi xahiş etdi :
1.Tutquçay zonasının bütün Kəlbəcər rayonu ərazisinin üçdə birindən də çoxunu təşkil etdiyini və Tuneldən Başlıbel kəndinədək olan 42 kilometrlik yoldan istifadə edən qırxdan çox kəndin həmin zonada yerləşməsini nəzərə alaraq Tutquçay zonasındakı yaşayış məntəqələrindən hər hansı birinin dövlətimiz tərəfindən tikilməsinə başlanması barədə müvafiq orqanlar qarşısında məsələ qaldırmaq. Tuneldən Başlıbelədək olan 42 kilometplik yolda hər hansı bir kəndin tikilməsi Başlıbelə gedənlər üçün yolüstü dayanacaq məntəqəsi rolunu oynayacaq.
2. Qarşıdan Başlıbel qətliamının 32-ci ildönümü gəlir. Aprel ayının 18-də Başlıbel sakinlərinin say məhdudiyyəti qoyulmadan şəhid qəbirlərini ziyarət etməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırmaq. Nəzərə almaq lazımdır ki , ötən il “Başlıbelin İnkişafına Dəstək “ İctimai Birliyinin İdarə Heyəti ziyarətə getmək üçün 60 nəfərin siyahısını Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə göndərərək portala salınmasını xahiş etmişdir. Siyahı bir ay öncədən Komitəyə daxil olmuş, müsbət cavab alınmışdır. Lakin səfər reallaşan gün altmış nəfər əvəzinə cəmi 17 nəfərin adının portala salındığı məlum olmuş, nəticədə şəhid ailələri və qohumları özlərinin haqlı narazılıqlarıni bildirmişlər. Odur ki, bu məsələnin say məhdudiyyəti qoyulmadan, yəni,ziyarətə getmək istəyənlərin hər birinin adının portala salınmasına kömək etməyinizi xahiş edirik.
3. Başlıbel sakinlərinin yayda kəndə ziyarətə gedərkən gecələmək üçün kənddə divarları sağlam qalan evlərdən birinin üstünün örtülməsi və müvəqqəti istifadəyə yararlı hala salınması üçün müvafiq icazənin alınmasını Sizdən xahiş edirik. Bunu kənd camaatının vəsaiti hesabına həyata keçirməyi nəzərdə tutmuşuq. Bildiyiniz kimi, Başlıbel kəndi ən ucqar kənddir. Kəndə gedən adam orada gecələməsə, məcburdur ki, maksimum bir saat kənddə qalandan sonra geriyə qayıtsın.
Qəbulda vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Bashlibel.az
Bashlibel.az


























