Dünya yarandığı gündən var olan və ilk insan məskənlərindən sayılan vətənimiz Azərbaycanın başını zaman – zaman qara buludlar alsa da, bütün dövrlərdə o öz çiçəklənmə dovrünu yaşayıb, yaşayacaq! Bəli, Azərbaycan yenilməz qüdrətə, gücə malik bir dövlət kimi bütün dövrlərdə tarixə şanlı izlər salmışdır. 30 il amansız düşmən taptağı altında qalan, hazırda isə sözün həqiqi mənasında çiçəklənən Respublikamızın inzibati rayonu– başı buludlara dayananan şiş dağlar məskəni Kəlbəcər bu günlərdə də ən qürurlu uğurunu, bir ilkini yaşayır. Kəlbəcər rayonunun Zar kəndində qaz xətti bərpa edildi. Azərbaycan vətəndaşı olmaqla bərabər, eyni zamanda, kəlbəcərli kimi bu məni çox qürurlandırdı. Bu uğur biz kəlbəcərlilərin deyil, deyərdim ki, Azərbaycanın sevincdir. Bu, ölkə başçısı cənab İlham Əliyevin dövlətimizə və onun vətəndaşına olan qayğısı, diqqətidir. Bu, Azərbaycanı günü – gündən irəliyə aparan müdrik siyasətin özü ilə gətirdiyi tərəqqinin bəhrəsidir.
Onu da qeyd edim ki, Kəlbəcər hələ sovetlər dönəmi vaxtlarında, yəni, dırnaq arası intibah dövründə belə qazsız qalmışdı, xalq ən önəmli enerji ilə, qazla təmin oluna bilməmişdi. Bu günki uğurlu ilk məni çox sevindirməklə yanaşı, həm də bir daha əmin etdi ki, ölkəmiz tərəqqiyə doğru gedir və dövlətimiz uğurlu siyasət nəticəsində inkişaf etməkdədir. Bəli, hələ yaşayış tam bərpa olunmayan, quruculuq işləri tam tamamlanmayan bir kənd artıq qaz təchizatları ilə təmin olunub.
Bilindiyi kimi, 1993- cü ilin aprelin 2 -də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər, 10 noyabr 2020- çi ildə üç tərəfi bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Qüvvələrindən azad edilmişdir. Həmin gündən Kəlbəcərdə böyük quruculuq işləri aparılır və rayon sürətlə abadlaşır. Bu günki uğur isə onun növbəti uğurlarının müjdəçisidir… Bir kəlbəcərli kimi, bu yöndə əməyi olan hər kəsə, xüsusilə cənab İlham Əliyevə, Ali Baş Komandanımıza dərin təşəkkürümü bildirirəm.
Gözüm aydın Vətən, gözün aydın, Kəlbəcər! İşıqlı yollarla, daim uğura doğru!
Rövşən Hüseynov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Subyekt.az xəbər portalının təsisçi-baş redaktoru
Bashlibel.az