• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Kəlbəcərli alimin Türkiyədə elmi məqaləsi çap olundu

May 24, 2023

Loading

Verdiyeva Mirvari İdris qızı Kəlbəcərin işğalından sonra Bakı şəhərində məskunlaşdı. Konkursdan keçərək Təhsil Nazirliyinin əmri ilə Səbail rayonunun 190 saylı orta məktəbində coğrafiya müəllimi işləməyə başladı. İşlədiyi müddətdə müsabiqələrə qatılaraq iki dəfə Bakı şəhəri üzrə birinci yerə, üç dəfə Respublika üzrə ikinci yerə çıxdı. 1997-ci ildə oğlu Aqşin universitetin beynəlxalq hüquq fakültəsinə daxil olanda, Mirvarı müəllimə ADPU-nun dissertanturasına daxil oldu. Coğrafiyanın tədrisi metodikasına aid mövzuda dissertasiya yazaraq AMEA-nın akademik Həsən Əliev adına Coğrafiya İnstututunda uğurla müdaifə etdi.

2006-cı ildə ADPU-nun Coğrafiya və ÇH fakültəsinin dekanı dos. Mustafa Əliyevin dəvəti ilə İqtisadi coğrafiya və CTM kafedrasına müəllim təyin olundu. Hal-hazırda həmin kafedranın dosentidir.

Dosent M.İ.Verdiyeva “İNOCTE 2017-Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqrensi çərçivəsində “ŞƏRQİ VƏ QƏRBİ TÜRK DÜNYASININ ORTAQ TARİXİ DÖVRLƏRİ VƏ MÜNASİBƏTLƏRİ” Beynəlxalq elmi konfransda “Müasir dövrdə coğrafiya fənninin tədrisinə mənfi münasibət gənclərin şəxsiyyətyönümlü formalaşmasının ən mühüm problemidir” mövzusunda yazdığı elmi məqalə ilə çıxış etmişdir. Onun məqaləsinin giriş hissəsi Türkiyədə internetdən yerləşdiriləndən sonra Çikaqo şəhərindən David Publishing Companysından məktub aldı – “Amerikan və çin xarici dilləri və Çin-Amerikan ingilis dili müəllimləri” jurnallarına məqalənin ingilis dilində versiyasını göndərməyi xahiş edirdilər.

Eyni zamanda Mirvari xanımın bu jurnallara redaksiya üzvü kimi daxil olmağını xahiş edirdilər.

Həmyerlimizin dünya alimlərinin diqqətini cəlb edən məqaləsi artıq Türkiyədə çap olunub.

Qeyd edək ki,Dosent M.İ.Verdiyeva 33 elmi məqalənin, 6 proqramın, 1 şeirlər kitabının, 2 publisist əsərin, 3 metodik vəsaitin və 2 dərs vəsaitinin müəllifidir. Hər il 6-7 magistrantın dissertasiya mövzusu üzrə elmi tədqiqatlar aparmağına rəhbərlik edir. Hal-hazırda doktorluq dissertasiyası üzərində işləyir. Həmyerlimizi təbrik edirik.

Oqtay Salahli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »