• Be. Apr 15th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Karantin rejimi qayıdır?- Omikron ştamının yeni altnövünün yayılması nə vəd edir?

Avq 28, 2023

Loading

Səhiyyə Nazirliyi COVID-19-un Omikron ştamının yeni altnövü EG.5-in əvvəlki digər altnövlərdən daha yüksək səviyyəli yoluxuculuğu ilə fərqləndiyini bildirib. Nazirlik rəsmisi Təyyar Eyvazov  növbəti dalğalar olarsa, əhalinin daha diqqətli olmasının gərəkdiyini deyib.

Maraqlıdır, yeni dalğanın Azərbaycanda yayılma ehtimalı, karantin rejiminin təkrar tətbiqi nə dərəcədə real görünür?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov koronavirus mutasiyalarının 20 orqanizmdən birində yarana biləcəyini deyib:

“COVID-19 RNT tipli virusdur, ona görə də mutasiyalara çox meyil edir. Bir virus 20 fərqli orqanizmdən birində mutasiyaya uğraya bilir. Mutasiyalar isə adətən immun sistemi zəif olan insanlarda yaranır. Mutasiyanın əmələ gəlməsi alınmış yeni variantın reseptoruna bağlanmağına təsir edir. Virusların reseptorlara bağlanması isə müxtəlif mərhələr üzrə gedir. Buna görə virusun bədəndə yayılma və mutasiyaya uğrama prosesi gedir. COVID-19-un 50-dən çox mutasiyası var və onun 32-si “spike protein” bölgəsindədir”.

Professor yeni mutasiyaların yaranmasının dayanacağını və pandemiyanın uzunmüddətli olmayacağını qeyd edib:

“Koronavirusun yox olmaq ehtimalı yüksəkdir, çünki mutasiyalardan yeni mutasiyanın əmələ gəlməsi yeni variantın reseptorlara bağlanmasını əngəlləyə bilər. Bununla da virus yox olub gedər. Lakin elə mutasiya ola bilər ki, o, reseptorlara bağlana bilər və pandemiya davam edər. İlkin variantın olma ehtimalı daha çoxdur. Ciddi narahatlıq üçün isə əsas yoxdur. Peyvəndləmə işləri geniş miqyasda aparılıb və insanlarda immunitet formalaşıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »