• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Laçın yolunda aksiya davam edir-könüllülər də qoşulub

Dek 13, 2022

Loading

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir. Aksiyaya könüllülər də qoşulub. Aksiya iştirakçıları faydalı qazıntı yataqlarının qanunsuz talanmasını dayandırmağı, Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gələrək, onların tələblərini dinləməsini tələb edirlər.
Qeyd edək ki, aksiya dünən səhərdən başlayıb. Eko-fəallar və QHT təmsilçilərin görüş tələbinə baxmayaraq, general Volkov əraziyə gəlmir. Rusiya sülhməramlı qüvvələrinin hərbçiləri yolda maneələr qurub, aksiya iştirakçıları qarşısında sədd çəkiblər. Bu səbəbdən yol bağlanıb.
Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »